Leyla Əliyeva Ümummilli Liderin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib
06.05.2023 07:21

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib.

 

Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.

 

Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb.

 

Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.

 

Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır