Ağsuda tədbir: “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”
06.05.2023 15:27
“Heydər Əliyev İli” ilə əlaqədar “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan “Ağsu RMX” PHŞ-nin direktoru Əli Hüseynov bildirib ki, Heydər Əliyev irsi milli dövlətçilik tarixidir. Onun sözlərinə görə, Ulu Öndər bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib.
Əli Hüseynov vurğulayıb ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə bağlıdır. Ən yüksək tribunalardan böyük fəxrlə “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən dahi şəxsiyyət dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub.
Daha sonra ”Ağsu RMX”PHŞ-ın endokrinoloqu İsmayıl Şirinov,ASM bölmə müdiri Ömər Babayev, ümumi cərrah Fazil Əzizov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur.
Çıxış edənlər Ulu Öndərin 44 günlük Vətən müharibəsi zəfərinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirməsindən də bəhs ediblər.
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

