2 saylı Kliniki Uşaq Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
06.05.2023 10:57
Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
KTM-dən Aztibb.az-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xuduyev Ümumilli Lider Heydər Əliyevin həyat yolundan danışıb, onun uzaqgörən siyasətinə diqqət çəkib. Baş həkim qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda çiçəklənmə dövrü başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın həm daxili, həm də xarici siyasətində güclənmə olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Ümummilli Lider Heydər Əliyevin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçilik uğrunda apardığı mübarizədən danışıb. O, həmçinin Ulu Öndərin Azərbaycanın səhiyyə sistemindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğundan, xalqın rifahının yüksəlməsində atılan misilsiz addımlardan danışıb.
Könül Ələkbərov qeyd edib ki, 1994-cü ildən bəri Azərbaycanda 70-ə yaxın xəstəxana yenidən tikilib. Yüzlərlə xəstəxana isə əsaslı təmir olunub. Azərbaycanın ucqar rayonlarında belə ən müasir xəstəxanalar inşa edilib. Bunların hər birinin memarının Heydər Əliyev olduğunu vurğulayıb.
Direktor bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən, onun həyat yolundan bəhs edib. Azər Süleymanov diqqətə çatdırıb ki, həmin dövrdə ölkəmizin sürətli inkişafı ulu öndərin fenomenal iş qabiliyyətinin nəticəsidir: “Ulu Öndər Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə Azərbaycan Əfqanıstanı xatırladırdı. Həmin dövrdə Azərbaycan bir kənd təsərrüfatı ölkəsi idi və səhiyyə, təhsil sahələrində çox zəif nəticələrə sahib idi. Amma ulu öndərin həmin dövrdə atdığı addımlar, gördüyü çox böyük işlər sayəsində artıq 1982-ci ildə ulu öndər Moskvaya gedəndə Azərbaycan 15 respublikanın içində ilk sıralarda yer tuturdu. Ölkəmizin bu cür sürətli inkişafı ulu öndərimizin fenomenal iş qabiliyyətinin, onun gecə-gündüz çalışmasının nəticəsi idi”.
Daha sonra tədbir Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının həkimləri Əzim Nağdəliyev və Şəbnəm Cəfərovanın çıxışı ilə davam edib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

