Ölkəmizdə Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə həyata keçirilir
05.05.2023 15:05
1-5 may 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə Amerika, Filippin, Danimarka, İtaliya, Hollandiya və digər ölkələrdən gələn beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə (BXQ) həyata keçirilib.
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib.
Qiymətləndirmənin məqsədi ölkədə ictimai səhiyyədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığını ölçmək, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının (BTSQ) tətbiqində ölkənin potensialın gücləndirilməsi prosesinə dəstək olmaq, ölkə üzrə BTSQ çərçivəsində milli planın hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanmış tövsiyələr vermək olub.
Monitorinqlər zamanı ÜST, beynəlxalq ekspertlər və müvafiq Dövlət Qurumların nümayəndələri ilə birlikdə sahə səfərləri edilib, Qurumların rəhbərliyi ilə BXQ üzrə brifinq keçirilib. Dövlət Gömrük Komitəsinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yerləşən gömrük postuna edilən səfər zamanı beynəlxalq ekspertlər tərəfindən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Gömrük Postu və Dəniz Limanının rəhbərliyi ilə birlikdə monitorinq aparılıb, postda həyata keçirilən əks-epidemik və ilk yardım tədbirləri barəsində ekspertlərə ətraflı məlumat verilib.
Tədbir zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları tərəfindən təqdimatlar edilmişdir. Təqdimatlarda Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin yaradılması, vəzifələri və fəaliyyəti, gördüyü işlər, gömrük sərhəd buraxılış məntəqələrində ictimai səhiyyə sahəsində baş verə biləcək hadisələrlə bağlı aparılan tədbirlər barədə iştirakçıları ətraflı məlumatlandırıblar.
Qiymətləndirmədə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Sanitar-Karantin Xidmətinin rəisi Məhərrəm Nəbiyev, DGK-nın Baytarlıq, Fitosanitar və Sanitariya nəzarəti şöbəsinin rəisi Günay Salamova, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

