"Ölkəmiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində İsraillə uğurla əməkdaşlıq edir" - Nazir
04.05.2023 14:57

Səhiyyə Nazirliyində İsrailin nüfuzlu universitetlərindən biri olan Holon Texnologiya İnstitutunun (HIT) prezidenti Eduard Yakubov Holonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir. Bundan başqa, iki ölkənin səhiyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub.

 

Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu deyib: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir. Rəqəmsal səhiyyə dünyada səhiyyə sistemlərində bir çox problemlərin həlli üçün böyük potensiala malikdir. Təcrübə göstərir ki, rəqəmsal texnologiyalar səhiyyənin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər".

 

İsrailin səhiyyənin rəqəmsallaşdırılması sahəsində beynəlxalq müstəvidə qabaqcıl ölkələrdən olduğunu söyləyən nazir HİT ilə əməkdaşlıq çərçivəsində tibb təhsili alan azərbaycanlı tələbələrin data elmləri, süni intellekt və rəqəmsallaşmanı dərindən mənimsəməsinə nail olmağın mümkünlüyünü vurğulayıb.


Səmimi qəbula görə minnətdarlığını bildirən HİT-in prezidenti Eduard Yakubov Holon Texnologiya İnstitutunun tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası, telesəhiyyə və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, bir neçə il öncə HİT rəqəmsal səhiyyə sahəsində mütəxəssislərin hazırlanması üçün dünyada unikal və ilk proqramın icrasına başlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır