Bakı Baş Səhiyyə Mərkəzinin müəssisələrində çarpayı fondunun optimallaşdırılması ilə bağlı tədbirlər görülüb
04.05.2023 13:24

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrində çarpayı fondunun optimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib.


TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, mərkəzin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, Kürdəxanı Sağlamlıq Mərkəzi, Zabrat və Zirə müalicə-diaqnostika mərkəzlərində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib, həmin tibb müəssisələrində yalnız ambulator-poliklinik xidmət saxlanılıb.

 

Eyni zamanda, mərkəzin tabeliyində fəaliyyət göstərən 14, 21, 23 və 29 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 8 nömrəli Şəhər Xəstəxanasında müəyyən dəyişiklik edilərək müəssisələrin sutkalıq fəaliyyətləri saxlanılmaqla stasionar, ambulator-poliklinik fəaliyyət yenidən təşkil edilib.

 

Qeyd edək ki, həyata keçirilən bu kimi tədbirlər əhaliyə göstərilən ambulator xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, tibbi kadrlardan səmərəli istifadə, tibb müəssisələrində olan çarpayı fondunun təkmilləşdirilməsi və real tələbata uyğunlaşdırılmasına xidmət edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır