“Könüllü TƏBİB” layihəsinə start verilib
03.05.2023 17:19
Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsi və gələcəkdə məzun olacaq tələbələrin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində işləməsinə marağın artırılması və həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə köməkliyin göstərilməsi məqsədilə “Könüllü TƏBİB” layihəsinə start verilib.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, layihə çərçivəsində tibbi kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.
 
Layihə çərçivəsində ilk olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 2 nömrəli Bakı Baza Tibb Kollecində görüş keçirilib.
 
Görüşdə TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, TƏBİB-in və kollecin aidiyyəti üzrə əməkdaşları, kollecdə təhsil alan tələbələr iştirak ediblər.
 
TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova təqdimatla çıxış edib. O, “Könüllü TƏBİB” layihəsi barədə iştirakçıları məlumatlandırıb, 2 saylı Bakı Baza Tibb Kollecinin ilk pilot kollec olaraq təyin edildiyini qeyd edib.
 
Daha sonra çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva təhsil müəssisəsi barədə məlumat verib. Kollec tələbələrinin tibb müəssisələrində könüllü işə cəlb olunmasını yüksək qiymətləndirib, layihəyə uğurlar arzulayıb.
 
Sonda tələbələrin sualları cavablandırılıb, layihə ilə bağlı müzakirələr aparılıb.
 
Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsi çərçivəsində ölkə üzrə tibb kollecləri ilə görüşlərin mütəmadi keçirilməsi, kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır