Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin ibtidai istintaqı yekunlaşıb
02.05.2023 16:45

Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin qanunsuz əməlləri barədə cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq tamamlanıb.

 

Aztibb.az "Report"a istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, Eşqin Əliyevin Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Eşqin Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq), 29,178.2.2, 29,178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə isə həmin Məcəllənin 29, 178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

 

Eşqin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, Süleyman Əliyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib