Koronavirusa təkrar yoluxmanın tədqiqi üzrə qrup yaradılıb - ÜST
10.10.2020 21:07

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının öyrənilməsi üzrə xüsusi qrup yaradıb. Təşkilat insanlarda güclü immunitetin əmələ gəlməsi barədə məlumata malikdir, lakin bu immunitetin hansı müddətə davamlı ola biləcəyi hələ məlum deyil.

 

Aztibb.az xəbər verir ki, bu barədə brifinqdə ÜST-ün fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib.

 

O, deyib: “Bir çox ölkələrdə təkrar yoluxma hallarının baş verməsi bizə məlumdur. Bizim təkrar yoluxma üzrə xüsusi işçi qrupumuz var. Hazırda müxtəlif ölkələrdən xeyli xəbərlər almışıq, lakin təkrar yoluxma ilə bağlı əhalinin faizlə dəyərləndirilməsi barədə məlumatımız yoxdur. Məsələ birinci və ikinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranmasındadır”.

 

ÜST daha bir suala cavab tapmağa ümid edir: xəstəliyin təkrar dövrü nə dərəcədə ciddidir və virusun daha yüngül formasına yoluxmaq mümkündürmü?

 

Onun sözlərinə görə, COVID-19-a təkrar yoluxan insanlarda güclü immunitet yaranması barədə ÜST-də məlumatlar var. Lakin hələ məlum deyil ki, bu, hansı müddət davam edəcək. Bəzi tədqiqatlar göstərir ki, güclü immunitetin mövcudluğu özünü beş ayadək müddət ərzində göstərir, digərləri isə az miqdarda anticisimlərin yarandığını qeyd edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır