Azərbaycan Uroloq və Androloqlarının Regional Sumqayıt Toplantısı keçirilib
01.05.2023 16:51
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Azərbaycan Uroloq və Androloqlarının Regional Sumqayıt Toplantısı keçirilib.
Sumqayıt Tibb Mərkəzindən (STM) Aztibb.az-a verilən məlumata görə, tədbir Səhiyyə Nazirliyinin, TƏBİB-in, Azərbaycan Urologiya Assosiasiyasının (AUA), Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının (ARTA) və STM-in birgə təşkilatçılığı ilə baş tutub.
Müxtəlif tibb müəssisələrində çalışan 100-ə yaxın uroloq, androloq ginekoloqlar və digər ixtisas sahiblərinin qatıldığı konfrans “Sidik daşı xəstəliyi” mövzusuna həsr olunub.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən görkəmli uroloq-alim, Azərbaycan Tibb Universitetinin Urоlоgiyа kаfedrаsının müdiri, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev iştirakçıları salamlayıb və konransın işində uğurlar arzulayıb. O, Ulu Öndərin Azərbaycanın bütün sahələrdə inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib.
Sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının Urologiya kafedrasının professoru, ARTA-nın sədri İlham Əhmədov müzakirə olunacaq məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli çalışdığı qurumun xəstəliklərlə mübarizə sahəsində əldə etdiyi uğur və nailiyyətlərdən danışıb. T.Mirzəbəyli tibbin müxtəlif sahələri üzrə mütəxəssislərin iştirakı ilə keçirilən bu kimi konfransların qarşılıqlı fikir və təcrübə mübadiləsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova isə çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən, "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərdən söz açıb və bu kimi tədbirlərin il ərzində davam etdiriləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Ulu Öndərin həyat yoludan bəhs edən videçarxı izləyiblər.
Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Elçin Mustafayev “Perkutan cərrahiyyədə təcrübəm”, uroloq-androloq Mansur Xəlilov “İntrarenal cərrahiyyə nə qədər üstündür?”, Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin müdiri, həkim-uroloq Araz İbrahimov “Mərhələ-mərhələ URS”, uroloq-androloq Niyammədin Əliyev “Anomalik böyrəklərdə perkutan nefrolitotomiya” mövzularında təqdimatla çıxış ediblər.
STM-in 1 nömrəli Şəhər Xəstəxanasınn baş həkimi, həkim-uroloq Mətləb Musayev isə çıxışında Sumqayıtda uroloji xidmətin vəziyyətinə toxunub, rəhbərlik etdiyi xəstəxananın urologiya şöbəsində həyata keçirilən əməliyyatlardan, gələcək pespektivlərdən bəhs edib.
Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın Uşaq urologiyası şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Rafael Soltanov “Uşaqlarda daş xəstəliklərinin müalicəsinə endoskopik yanaşma”dan, ATU-nun II mamalıq-ginekologiya kafedrasının dosenti, cərrah mama-ginekoloq Şəymən Qədimova isə “Hamilə qadınlarda daş xəstəliyi”ndən danışıb.
Konfrans öz işini interaktiv müzakirələrlə yekunlaşdırıb.
Sonda tədbir iştirakçıları Fəxri fərmanlarla təltif ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

