Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin bir qrup əməkdaşı mükafatlandırılıb
01.05.2023 16:28
TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzi (STM) “Heydər Əliyev İli” çərçivəsində tədbirləri davam etdirir.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, növbəti belə tədbir STM-in Təhlükəsizlik və mühafizə bölməsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə STM-in direktoru Səkinə Sadıxova, direktor müavinləri İlkin Namazov, Arzu Bəndəliyeva, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Tərlan Hacızadə, bölmənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində ölkəmizin hər yerində və onun hüdudlarından kənarda silsilə tədbirlərin təşkil edildiyini, Ulu Öndərin xatirəsinin dərin ehtiram hissi ilə anıldığını bildirib. O, rəhbərlik etdiyi qurumun "Heydər Əliyev İli" çərçivəsində keçirdiyi tədbirlərdən söz açıb və bu kimi tədbirlərin il ərzində davam etdiriləcəyini diqqətə çatdırıb.
Çıxışında Təhlükəsizlik və mühafizə bölməsinin fəaliyyətinə də toxunan S.Sadıxova qurumun gördüyü işləri təqdir edib və STM-in tabeliyində olan müəssisələrdə mühafizə işinin yüksək şəkildə təşkil edildiyini vurğulayıb.
Qeyd edib ki, STM daim şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı ilə yanaşır, bölmənin əməkdaşlarının əksəriyyəti isə məhz bu kateqoriyadan olan şəxslərdir.
Sonra direktor Səkinə Sadıxova Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədovu Fəxri fərmanla və bir qrup əməkdaşı isə Təşəkkürnamə ilə təltif edib.
Digər çıxışlarla davam edən tədbir bədii hissə ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
07.10.2026 | 15:58
Azərbaycanlı professorun ixtiraları Koreyada medallara layiq görülüb
16.09.2026 | 13:48
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdirləri "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunublar
28.07.2026 | 13:03
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunub
16.07.2026 | 09:02
Qazaxıstanda qan donorları üçün ilk dəfə rəsmi olaraq yeni mükafat təsis olunub
13.07.2026 | 13:42
Tədris Cərrahiyyə Klinikasının əməkdaşı dövlət təltifinə layiq görülüb
13.07.2026 | 12:07
ATU əməkdaşlarının “Helicobacter pylori”yə qarşı hazırladığı fitotablet Avrasiya patenti alıb
04.07.2026 | 15:37
“BioNTech” şirkətinin təsisçiləri Alman Milli Mükafatına layiq görülüblər
11.06.2025 | 08:50
“Adlı təqaüd”ə layiq görülənlər arasında ATU-nun 10 tələbəsi var
21.05.2025 | 17:24
Yeni Klinika nüfuzlu mükafata layiq görülüb
30.04.2025 | 12:19
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

