Azərbaycanlı həkimlər İtaliyada beynəlxalq konfransda iştirak ediblər
29.04.2023 13:38

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov və Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev İtaliyanın Verona şəhərində “Ürək mühəndisliyi: Əbədi xidmət üçün hazırlanıb: müxtəlif texnologiyaların köməyi ilə səbirli səyahət” adlı beynəlxalq tədbirdə iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, konfransda Azərbaycanın, İtaliyanın, Belçikanın, Almaniyanın, Fransanın, Serbiyanın nüfuzlu tibb müəssisələrinin yüksəkixtisaslı mütəxəssisləri kardiologiya, kardiocərrahiyyə üzrə müxtəlif mövzularda təqdimatlar ediblər.

 

İki hissədən ibarət olan beynəlxalq tədbirdə tibbin aktual problemlərinə həsr edilmiş “Aorta qapağının dəyişdirilməsində ömür boyu idarəetmə strategiyaları”, “Aorta qapağının dəyişdirilməsi üçün ən yaxşı əvəzedicinin uyğunluğu”, “PRO bioloji klapanlar”, “Aşağı intensivlikli antikoaqulyasiya protokolları”, “15 illik klinik istifadədə Perceval səyahəti”, “Perceval qapağının təkrar əməliyyatda istifadəsi”, “Degenerasiya olunmuş bioloji kökdə nə etməli?” və digər mövzularda mühazirələr dinlənilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır