İSİM-in nümayəndəsi Xorvatiyada keçirilən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi”ndə iştirak edib  
29.04.2023 08:01
24-28 aprel 2023-cü il tarixdə Xorvatiyanin Zaqreb şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ABŞ Ştatları və Ərazilərinin Epidemioloqları Şurası tərəfindən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi” keçirilib.
 
İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Aztibb.az-a bildirilib ki, təlimdə Azərbaycan da daxil olmaqla, ABŞ, Danimarka, Avstriya, Albaniya, Serbiya, Moldova, Ukrayna və digər ölkələrdən mütəxəssislər, aparıcı tədqiqatçılar və mentorlar iştirak ediblər.
 
Təlimə İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov da qatılıb. N,Seyidov Azərbaycanda İSİM tərəfindən iki ildir həyata keçirilən “Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatı”nın tədqiqatçılarından biri kimi Avropa və ABŞ-nin yüksək impakt faktorlu elmi tibbi jurnallarında məqalələrin dərc edilməsi sahəsində digər ölkələrdən olan həmkarları ilə təcrübələrini bölüşüb, ÜST və CDC-dən olan ekspert və jurnalların resenzentləri ilə birgə məqalələrin yazılması, statistik təhlil və dərci ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, hazırda İSİM tərəfindən COVID-19 vaksinasiyası, uşaqlar arasında piylənmə, antibiotikə qarşı rezistentlik, xəstəxanadaxili infeksiyalar və ürək-damar xəstəliklərinin yükü ilə bağlı 5 tədqiqatın nəticələrinin dərci üzərində işlər aparılır.
 
Xatırladaq ki, son 2 il ərzində İSİM tərəfindən 7 məqalə milli və xarici jurnallarda dərc edilib, 2 nüfuzlu beynəlxalq konqresdə poster təqdimatlar olunub və elmi tədqiqatların təşviqi ilə bağlı xüsusi proqrama start verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır