“Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı olub  
28.04.2023 13:44

Görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxış edərək akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni cığırlar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi-tədqiqatlar zamanı Zərifə xanım araşdırdığı xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratmış, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırmışdı.

 

Nazir qeyd edib ki, Zərifə xanımın təkcə bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə 200-ə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif olunmuş, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.

 

Teymur Musayev diqqətə çatdırıb ki, Zərifə xanımın xoşbəxt ailə həyatı onun peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ümummilli Lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımi şərait yaradır, elmi ekspedisiyalarını, ezamiyyətlərini anlayışla qarşılayırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanıma elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının professoru Alevtina Brovkina, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman və digərləri çıxış edərək akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır