Elmi seminar: “Müalicəvi Naftalan neftinin müasir üsullarla tədqiqinin nəticələri”
28.04.2023 13:06

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən növbəti elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisənin baş direktoru, akademik Akif Əlizadə və icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak ediblər.

 

Seminarı giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev təqdimat üçün sözü doktorant Samir Zeynalova verib.

 

Samir Zeynalov “Müalicəvi Naftalan neftinin müasir üsullarla tədqiqinin nəticələri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi unikal Naftalan nefti haqqında ümumi məlumat verib, sonra Naftalan yatağından alınmış üç fərqli xüsusiyyətli neftin müasir cihazlar vasitəsilə müqayisəli analizlərinin nəticələrini təqdim edib. Bildirib ki, Naftalan strukturu Arpa-Samur qırılma zonası daxilində yerləşir. Bu zona Paleozoydan indiyədək bütün dövrlərdə tektonik hərəkətlərin aktiv təzahürü zonası, maqmatik ərimələrin, filizli məhlulların və seysmikliyin keçiricisi olub.

 

Naftalan yatağında Maykop çöküntülərində keyfiyyətcə fərqli iki növ neftin olması faktı: müalicəvi ağır neft - üst Maykopun üst horizontlarında (I, mergel və II horizontlarda) və yüngül yanacaq nefti-üst Maykopun və alt Maykopun alt horizontlarında mövcud olduğunu isə  Aərbaycanın  geoloq alimləri də vaxtında sübut ediblər.

 

Gənc doktorantın təqdimatda səsləndirdiyi elmi mülahizələr iştirakçıların marağına səbəb olub. Həmçinin çoxsaylı suallara aydınlıq gətirilib, mövzu üzrə çıxışlar olub.

 

Akademik Akif Əlizadə çıxışında  institutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi elmi seminarların ənənə xarakteri almasını təqdirə layiq olduğunu bildirib və bu tədbirlərin təkmilləşdirməklə davamlı olmasını tövsiyə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib