Ağsu Rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın yubileyinə həsr olunmuş tədbir keçirilib
28.04.2023 10:40
“Ağsu Rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsdə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
"Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir", - deyən Əli Hüseynov alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərlərinin yüksək qiymətə layiq görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Daha sonra "Ağsu RMX” PHŞ-ın həkim oftalmoloqu Ülviyyə Mustafayeva, endokrinoloq İsmayıl Şirinov, ASM-in bölmə müdiri Ömər Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini – Sevil Mirzəliyeva çıxış edərək Zərifə xanım Əliyevanın böyük alim olmaqla yanaşı, görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutduğunu bildiriblər. Çıxış edənlər ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmasından və 44 günlük Vətən müharibəsi zəfərinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirməsindən bəhs ediblər.
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

