Rektor: "Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb"
27.04.2023 15:06

Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-praktiki konfransı keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ulu Öndər Heydər Əliyevin bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb.


Səhiyyə Nazirliyi şöbə müdirin müavini Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd edib: “Bu cür konfranslar rezidentlərin elmi potensialının üzə çıxmasına şərait yaradır, eyni zamanda, onların elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir”.

 

Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digərləri çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir, eyni zamanda davamlı sosial islahatlar icra edilir. Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin öyrənilməsi, gənc nəsilə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır.


Konfrans öz işini panel iclaslarla davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış ediblər.

 

Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qaliblərə mükafatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır