“Gözlərə işıq, qəlblərə nur bəxş edən alim” adlı tədbir keçirilib
27.04.2023 11:39

TƏBİB və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Gözlərə işıq, qəlblərə nur bəxş edən alim” adlı tədbir keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Daha sonra tədbir Yeni Klinikada davam edib. İlk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Zərifə Əliyeva və Ulu Öndər Heydər Əliyev haqqında hazırlanmış sənədli film izlənilib.

 

Açılış nitqi ilə çıxış edən Vüqar Qurbanov Zərifə xanımın tədqiqatları nəticəsində irəli sürülən effektiv müalicə metodlarının, kompleks profilaktik tədbirlərin bu gün tibb sahəsində əsas istiqamət olduğunu bildirib.
“Müasir oftalmologiya elmi sürətli inkişaf edir. Hazırda tibbin bu sahəsində yeni innovativ texnologiyalar və invaziv üsullar tətbiq olunur. Göz xəstəliklərinin diaqnostikasında geniş diapazonlu üsullardan - biometrik, ultrasəs, elektrofizioloji, rentgen, optik, laborator və digər metodlardan istifadə edilir. Bu gün TƏBİB-in tibb müəssisələrində göz xəstəliklərinin müalicəsi və profilaktikası ən müasir üsullarla uğurla icra olunur. Ötən il ərzində tabeli tibb müəssisələrimizdə 12.298 göz əməliyyatı uğurla həyata keçirilib” - deyə TƏBİB-in İcraçı direktoru qeyd edib.

 

Sonra Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

 

Çıxış edən Vüsar İsmayılov bildirib ki, respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır.


Millət vəkili Kamaləddin Qafarov Zərifə xanımın göz xəstəliklərinə qarşı effektiv mübarizə üsullarının təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.


Sonda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bir sıra oftalmoloqları təltif ediliblər.


Tədbir bədii hissə ilə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır