"Dahi təbiblər" rubrikası: Dünyaşöhrətli alim, akademik Mirməmməd Cavadzadə
26.04.2023 17:01
"Dahi təbiblər" rubrikamızda dünyaşöhrətli cərrah-uroloq, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Mirməmməd Cavadzadəni təqdim edirik:
Urologiya sahəsində olan bir çox yeniliklər - ölkəmizdə ilk dəfə hemodializ əməliyyatının, Cənubi Qafqazda ilk dəfə terminal böyrək köçürülməsi əməliyyatlarının aparılması, keçmiş ittifaqda ilk dəfə Bakıda uroloji xəstəxana açılması onun adı ilə bağlıdır.
Məşhur uroloq-cərrah Mirməmməd Cavadzadə 60 ilə yaxın tibbi fəaliyyətinin 34 ilində gördüyü işlər onun adının Azərbaycan səhiyyəsinə əbədi olaraq həkk edib.
M.Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olub. 1943-cü ildə 1 nömrəli Lənkəran şəhər orta məktəbini, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib.
Mirməmməd Cavadzadə əmək fəaliyyətinə 1948-ci ildə Astara rayonunda cərrah kimi başlayıb, 1949–1950-ci illərdə Astara rayon poliklinikasında və xəstəxanasında baş həkimin müavini, 1950–1951-ci illərdə Lənkəranda yerləşən xəstəxanada cərrah kimi çalışıb.
1951-ci ildə II Moskva Tibb İnstitutundakı Urologiya kafedrasında aspirantura təhsili alıb, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb İnstitutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım vilayətinin baş uroloqu işləyib. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı alıb. 1963-cü ildə Bakıya dəvət olunub və müsabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və operativ nefrologiya kafedrasına müdir seçilib. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaradıb və bununla da müasir klinika məktəbinin, urologiya elmində yeni istiqamətin təməlini qoyub. M.Cavadzadənin rəhbərliyi ilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirilib və bu, respublikada urologiyanın, onunla əlaqədar elmlərin inkişafına təkan verib.
1974-cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunub və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, 45 ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini verib.
M.Cavadzadə urologiyanın problemlərinə həsr edilən 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Onun rəhbərliyi altında 17 elmlər doktoru, 73 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişib.
1966-cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxanası yaradılıb. Qısa müddət ərzində urologiya sahəsində elmi və praktik fəaliyyətin mötəbər mərkəzinə çevrilən bu xəstəxana Azərbaycan səhiyyə sistemində xüsusi yer tutur. 1964-cu ildən professor, 1967-ci ildən Azərbaycan SSRİ əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü seçilib.
Akademik Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat edib. I Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası onun adını daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

