Xroniki böyrək çatışmazlığı ürək xəstəliklərinin əsas səbəblərindəndir
29.04.2023 10:38
Xroniki böyrək çatışmazlığı (XBÇ) - ürək xəstəliklərinin yaranmasında mühüm risk faktorudur. Xüsusilə, bu xəstələrdə digərləri ilə müqayisədə ateroskleroz (damar sərtliyi) daha sürətlə inkişaf edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Uzman həkim bildirib ki, XBÇ olan xəstələrdə açıq ürək əməliyyatında risklər normal böyrək funksiyası olan xəstələrə nisbətən daha yüksəkdir. Bu xəstələrdə kardiopulmoner bypass tolerantlığının məhdudlaşdırılması, anestezik preparatların qeyri-adekvat xaric olması, laxtalanma pozğunluğuna görə qanaxma və infeksiyaya meyillilik əsas risk faktorlarıdır: "Bu baxımdan XBÇ olan xəstələrdə kardiyak əlamətlərin diqqətlə qiymətləndirilməsi və lazım gəldikdə erkən dövrdə cərrahi müdaxilənin planlaşdırılması vacibdir".
 
Onun sözlərinə görə, dializ proqramında olan və cərrahi əməliyyat qərarı verilən XBÇ olan xəstələrdə əməliyyata ən yaxın zamanda (16-18 saat əvvəl) dializ aparılması çox təsirlidir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır