İSİM-də Təməl Həyata Dəstək təlim kursu təşkil olunub  
26.04.2023 16:02
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Təməl Həyata Dəstək (BLS) təlim kursu keçirilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, təlimin təşkilində məqsəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İSİM tərəfindən həyata keçirilən COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə dair təqdiqatda iştirak etmiş orta tibb işçilərinin daha təkmil ilkin tibbi yardım bacarıqlarına yiyələnmələri üçün baza bilik və bacarıqların mənimsənilməsi idi.
 
Amerika Ürək Assosiasiyasının (AHA) İSİM-də yerləşən rəsmi təlim məkanında keçirilən təlim zamanı iştirakçılara bir və iki xilasedicinin göstərdiyi təməl həyata dəstək/BLS, yüksək səviyyəli komanda yanaşması, defibrillator və ambunun istifadəsi, körpə və uşaqlara yardım, böyüklərdə və uşaqlarda tənəffüs yollarının yad çisimlə tutulması zamanı təxirəsalınmaz ilkin tədbirlər və s. kimi mövzularda geniş məlumat verilib, bu istiqamətdə praktik tətbiqetmə-simulyasiya təcrübələri həyata keçirilib.
 
Təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) ACLS, BLS, PALS üzrə beynəlxalq sertifikatlı təlimçisi, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin əməkdaşı, həkim Könül İsmayılova tərəfindən aparılıb.
 
Sonda iştirakçılar üçün nəzəri (PostTest) və praktik (“hands-on”) imtahanlar keçirilib, suallar cavablandırılıb və tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, Təməl Həyata Dəstək (BLS - Basic Life Support) Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsil və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlimdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır