VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində növbəti tədbir baş tutub
25.04.2023 11:19

TƏBİB-in dəstəyilə Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən 6-cı Azərbaycan-Alman-Türk Tibb Konqresi və 8-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində növbəti tədbir baş tutub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, qurumun İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Özbəkistanın Səhiyyə Nazirliyinin nümayəndəsi Abrorcon Alicanov, Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov və b. iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, əbədiyaşar lider Heydər Əliyevə həsr edilən sənədli film nümayiş olunub.

 

Çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, tibb sahəsində də aparılan islahatların göz önündə olduğunu bildirib.

 

V.Qurbanov tibb mütəxəssislərinin davamlı təhsilinin təşkilinin, xarici klinikalarla yerli xəstəxanalar arasında sazişlərin bağlanmasının, regionlarda yeni xəstəxana və tibb mərkəzlərinin açılmasının bunun bariz nümünələri olduğunu qeyd edib. O, cənub bölgəsində keçirilən 6-cı Beynəlxalq Tibb Konqresi və 8-ci Tibbi Treyninq Günlərinin regionlarda səhiyyənin inkişaf etdirilməsinə verilən xüsusi diqqətin təzahürü olduğunu vurğulayaraq, Avropadan gələn yüksək ixtisaslı mütəxəssislərin həkim, rezident və tələbə auditoriyalarında oxuduqları mühazirələrin, keçirdikləri master-klassların, müzakirələrin tibb sahəsinə önəmli töhfələr verdiyini ifadə edib.

 

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov bugünkü tədbirin əhəmiyyətli tərəflərindən birinin də ümumilikdə Azərbaycandan olan 500-dən çox tibb işçisi ilə birlikdə Özbəkistan, Türkiyə və Almaniyadan təşrif buyuran 50–dən yuxarı ixtisaslı həkimin iştirak etməsi olduğunu qeyd ediblər.

 

Rəsmi hissə bitdikdən sonra tədbir “Qarın divarı cərrahiyyəsi”, “Minimal invaziv kolorektal cərrahiyyə bu gün”, “Asiyada piylənmə və metabolik cərrahiyyə”, “Təcili hallarda minimal invaziv cərrahiyyə”, “Piylənməsi olan xəstələrdə qastrik ballon implantasiyası”, “Erkən mərhələdə mədə xərçəngi üçün minimal invazik cərrahiyyə: texnika və nəticələr” mövzusunda plenar iclasla davam etdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır