Balakən Rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar tədbir keçirilib
25.04.2023 09:06

Balakən Rayon Mərkəzi Xəstəxanasında görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Dilbər Quliyeva bildirib ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticələri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.

 

Daha sonra həkim-oftalmoloq Şahidə Məmmədova akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı, tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

 

Diqqətə çatdırılıb ki, görkəmli alimin həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilmişdir. Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir.

 

Həmçinin vurğulanıb ki, Zərifə Əliyeva həkimlik fəaliyyətinə başladığı ilk illərdən on minlərlə insanın görmə qabiliyyətinin bərpa olunmasında əvəzsiz rol oynamış, qlaukomanın yeni müalicə üsullarını təklif etməsi ilə minlərlə insanı bu xəstəlikdən xilas etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır