Gəncədə "İmmunlaşdırma həftəsi" çərçivəsində maarifləndirmə tədbirləri keçirilir
24.04.2023 10:28

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) Ailə Sağlamlıq Mərkəzlərində (ASM) "İmmunlaşdırma həftəsi" öncəsi maarifləndirmə tədbirlərinə start verilib.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, bu məqsədlə ASM rəhbərləri, həkim-pediatrlar, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, bağça müdirləri və tibb bacılarının iştirakı ilə yığıncaq keçirilib.

 

Qeyd olunub ki, peyvəndlər insan həyatı üçün təhlükəli olan, insan sağlamlığına ciddi ziyan vuran, ağır vəziyyətlərin əmələ gəlməsilə, hətta ölümlə nəticələnən 1 sıra xəstəliklərin inkişaf etməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Peyvəndin tibbin ən böyük kəşflərindən biri hesab olunması diqqətə çatdırılıb.

 

Tədbirdə bildirilib ki, 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalanıb.

 

İmmunlaşdırma kampaniyası peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda peyvəndlə əhatəolunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.

 

İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır