Alimlər osteoartritin müalicəsi üçün perspektivli inyeksiya terapiyası yaradıblar   
23.04.2023 15:08

ABŞ-nin Ueyk Forest Regenerativ Tibb İnstitutunun alimləri osteoartritin müalicəsi üçün həm iltihabı azaldan, həm də oynaq qığırdaqlarını bərpa edən inyeksiya terapiyası yaradıblar.

 

Aztibb.az “Report”-a istinadla xəbər verir ki, araşdırmaların nəticələri “Science Advances” jurnalında dərc olunub.

 

Alimlər sağalma prosesinin zədələnmiş qığırdaqdakı iltihablı mühitin qarşısını aldığını təsdiqləyərək, bu mühiti dəyişdirən və qığırdağın bərpasına imkan verən terapiya hazırlayıblar. Bu vəziyyətdə iltihab, qığırdağın zədələnməsi azalır və ağrıya cavabdeh olan sinir hüceyrələrinin aktivliyi enir.

 

Terapiya hər biri bir və ya iki inyeksiya alan doqquz osteoartrit xəstəsi üzərində sınaqdan keçirilib. Effektivlik ağrı şkalası, müalicədən əvvəl və sonra MRT ilə qiymətləndirilib. Bundan başqa, bir xəstədən biopsiya götürülüb.

 

Müalicədən sonra xəstələrdə həyat keyfiyyətinin yaxşılaşması və ağrının azalması müşahidə olunub. Həmçinin MRT tədqiqatlarının nəticələri qığırdağın bərpa olunduğunu təsdiqləyib.

 

Mütəxəssislər daha çox xəstənin nəticələrini qiymətləndirmək üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu bildiriblər.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır