Həkimi öldürməkdə təqsirləndirilən şəxslərin işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib
22.04.2023 12:48

Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub.

 

Qeyd edək ki, hadisə bu ilin yanvarında Yevlax rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun evinə basqın etmələri, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə) maddəsi ittiham irəli sürülüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib