Qubadan Sumqayıta təxliyyə olunan yenidoğulmuş körpənin göz əlilliyinin qarşısı alınıb
22.04.2023 12:10

Sumqayıt Tibb Mərkəzinin (STM) Perinatal Mərkəzində Qubadan təxliyyə olunan yenidoğulmuş körpənin göz əlilliyinin qarşısı alınıb.

 

STM-dən Aztibb.az-a bildirilib ki, müayinə zamanı Quba rayonundan təxliyə olunan körpədə retinapatiya (torlu qişanın müxtəlif mənşəli olan zədələnməsi) aşkarlanıb. 

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin vitreoretinoloqu Tərlan Əliyeva körpədə yaranan problemin aradan qaldırılması istiqamətində müvafiq prosedurlar həyata keçirilib. Körpə VEQF inyeksiya olunub. İndirekt oftalmoskop vasitəsi ilə müəyyən olunan görmə əlilliyinin qarşısı alınıb.

 

Qeyd edək ki, STM-in Perinatal Mərkəzi indirekt oftalmaskop cihazı ilə təchiz edilib. Cihaz vasitəsi ilə risk qrupuna daxil olan yenidoğulmuş körpələrin göz dibi müayinə edilir, görmə əlilliyinin qarşısı alınır. 

 

Körpələr protokol üzrə ROP müayinədən keçirilir. Regionlardan da yenidoğulmuşlar STM-in Perinatal Mərkəzinə bu müayinə üçün cəlb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır