Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşları qəbul edib
22.04.2023 09:35

"Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın direktoru Məcid Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub.

 

Onların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun olaraq baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.