TƏBİB-də İsrail Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib
21.04.2023 15:09

TƏBİB-də İsrail Dövlətinin Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbəsinin meneceri Aşer Şalmonla görüş keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, görüşdə qurumun İcraçı direktorunun müavini Anar İsrafilov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, tibbi sığorta və beynəlxalq əməkdaşlıq departamentlərinin rəhbərləri iştirak ediblər.

 

TƏBİB-in fəaliyyəti, səhiyyə idarəetməsi, icbari tibbi sığortanın tətbiqi və perspektivləri barədə qonaqlara məlumat verən Anar İsrafilov Azərbaycanla İsrail arasında bütün sektorlarda nümunəvi əməkdaşlığın mövcudluğunu vurğulayıb.

 

Ölkələr arasında son illər tibb, əczaçılıq sahələrində əlaqələrin genişləndiyini deyən A.İsrafilov İsrailin “Biopharmax” şirkəti ilə dərman vasitələri təchizatının optimallaşdırılması üçün effektiv tədbirlər həyata keçirildiyini və TƏBİB-in sözügedən şirkətlə əməkdaşlığının daha da genişləndiriləcəyini bildirib.

 

İsrail Dövlətinin Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbəsinin meneceri Aşer Şalmon ölkələr arasında bir çox sektorlarda, o cümlədən səhiyyə sahəsində də əlaqələrin daha da genişlənməsinə maraqlı olduqlarını vurğulayıb.

 

Aşer Şalmon tibbi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün onların təlimlərə cəlb edilməsi, tibb müəssisələrinin daha da innovativ idarəedilməsi və rəqəmsallaşdırılması istiqamətində birgə əməkdaşlığın faydalı olacağını ifadə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır