Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə bağlı Azərbaycanda maarifləndirici kampaniya keçirilir
20.04.2023 16:02

TƏBİB-in dəstəyi ilə 17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda maarifləndirici kampaniya keçirilir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, maarifləndirmə kampaniyası ilə əlaqədar mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında TƏBİB-in Ümumi profilli tibbi yardımın təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov, “Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov və b. iştirak ediblər.

 

TƏBİB-in Ümumi profilli tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva çıxışında müxtəlif qurumların birgə əməkdaşlığı ilə təşkil olunan maarifləndirici kampaniyanın vacibliyini qeyd edib:

 

“Arterial hipertenziyanın nəzarət dərəcələri dünyada zəif olaraq qalır və bütün Avropada qənaətbəxş deyil. Nəticə etibarilə hipertoniya qlobal miqyasda və ölkəmizdə ürək-damar xəstəliklərinin, eləcə də digər ölüm hallarının əsas səbəblərindən biridir. Hipertoniyanın erkən aşkarlanmasının uzunmüddətli perspektivdə sağlamlıqla əlaqəli xərclərə müsbət təsir göstərə biləcəyi və hospitalizasiya ehtiyacını azaltmaqla sağlamlıq nəticələrini yaxşılaşdıra biləcəkdir.

 

Maarifləndirmə kampaniyasında əsas məqsəd əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək, qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır. Düşünürəm ki, hipertenziyaya səbəb olan risk faktorları və xəstəliyin mövcudluğu barədə məlumatlılığın artırılması nəticəsində müalicənin effektivliyi yüksələcək və ağırlaşmaların inkişafının qarşısı müəyyən dərəcədə alınacaqdır”.

 

Konfransda İSİM-in direktoru Qəhrəman Haqverdiyev, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov, “Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov da çıxış ediblər.

 

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır