Ümumdünya Bioloqlar Gününə həsr olunmuş vebinar keçirilib
20.04.2023 14:17

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ATU-nun Əczaçılıq fakültəsinin Farmakoqnoziya kafedrası ilə birlikdə Ümumdünya Bioloqlar Gününə həsr olunmuş vebinar keçirib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, “Dərman bitkilərinin istifadə perspektivliyi, mədəni dərman bitkilərinin farmakoqnostik tədqiqi və introduksiyası” mövzusunda keçirilın tədbirdə Dendrologiya İnstitutunun və ATU-nun müəllim və tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan institurun baş direktor vəzifəsini icra edən, b.ü.f.d., dosent Minarə Həsənova müəssisənin ərazisində bitən və introduksiya olunan dərman bitkiləri haqqında məlumat verib.

 

Daha sonra ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov mövzu ilə bağlı çıxış ediblər.

 

Vebinarda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova “Azərbaycanın görkəmli bioloqları”, Bitki sistematikası laboratoriyasının müdiri, b.ü.f.d Ramiz Ələkbərov “İnnab bitkisinin faydalı xüsusiyyətləri”, Ağac-kolların introduksiyası laboratoriyasının baş elmi işçisi İradə Məmmədova “Abşeronda introduksiya olunmuş mərsin bitkisinin bioloji xüsusiyyətləri və fitokimyəvi tərkibi”, ATU-nun tələbəsi Teymur Rəcəbov və başqaları müxtəlif mövzularda təqdimatlar ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib