Qərb Ərazi Baş Gömrük İdarəsində təlim keçirilib
20.04.2023 09:39
Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda növbəti təlim Qərb Ərazi Baş Gömrük İdarəsində baş tutub.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlim zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mütəxəssisləri tərəfindən “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı”, “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” və “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlar edilib.
 
Daha sonra mövzu üzrə auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
 
Təlimdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Baş İdarə Rəisinin müavini, gömrük xidməti polkovniki Məhəmməd Qasımov, Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi, gömrük xidməti leytenantı Yavər Məmmədova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri gömrük xidməti baş leytenantı Azad Əhmədov və gömrük xidməti leytenantı Şəhla Mirzəzadə, o cümlədən Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib