Teymur Musayev: “Zərifə xanımın tədqiqatları sayəsində peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri problemlərinin həlli mümkün oldu”
19.04.2023 22:42

Bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileyidir.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbirində deyib.

 

Azərbaycan tibb elminin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində - AMEA-da qeyd edilməsini rəmzi və qürurverici hadisə kimi qiymətləndirən Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, Zərifə xanımın nəcib və şərəfli həyat yolunun, hər bir tədqiqatçıya örnək olan elmi fəaliyyətinin öyrənilməsi elmin təbliği, gənc alimlərin tədqiqat işlərinə ruhlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

 

“Zərifə xanım öz elmi fəaliyyəti ilə sübut edib ki, sağlamlığın yolu elmdən keçir, xəstəliklərin qarşısının alınması, müalicəsinin tapılması üçün elmi araşdırmalar praktik həkimlik fəaliyyəti qədər, ondan da çox əhəmiyyət daşıyır. Zərifə xanımın namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də o dövrdə həllini tələb edən ciddi məsələlər idi. Zərifə xanımın tədqiqatları sayəsində bu tibbi-sosial problemlərin həlli mümkün oldu”, - deyə Teymur Musayev diqqətə çatdırıb.

 

Akademik Zərifə Əliyevanın peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratdığını, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin öz iş yerində araşdırdığını deyən nazir alimin bu tədqiqatı ilə elm aləmində yeni istiqamət – peşə oftalmologiyasının əsasını qoyduğunu, bu sahədə elmi araşdırmalarının uğurlu nəticələrinə, ümumilikdə, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, bu mükafatla təltif edilən ilk qadın alim olduğunu söyləyib.

 

“Zərifə xanım vəfalı ömür-gün yoldaşı, yaxşı ana idi. Xoşbəxt ailə həyatı Zərifə xanımın da peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva vətənimiz üçün iki ləyaqətli, vətənpərvər övlad böyüdüb. Zərifə xanımın adı Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq da tariximizə əbədi yazılıb. Səhiyyəmizin tərəqqisində, bu sahədə qazanılan nailiyyətlərdə Zərifə xanım ocağının nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti var”, - deyə Teymur Musayev vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır