İSİM-in şöbə müdiri Danimarkada beynəlxalq tədbirdə çıxış edib
19.04.2023 09:17
15-18 aprel 2023-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində “Klinik mikrobiologiya və infeksion xəstəliklər üzrə 33-cü Avropa Konqresi” keçirilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin birgə dəstəklədiyi Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatının tədqiqatçısı və koordinator yardımçısı Nabil Seyidov konfransda iştirak edib.
 
Bu barədə Aztibb.az-a İSİM-dən bildirilib.
 
Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti (ECCMİD) tərəfindən təşkil edilən konqresə dünyanın müxtəlif ölkələrindən 3000-ə yaxın nümayəndə qatılıb.
 
Beynəlxalq tədbirdə Nabil Seyidov ölkəmizdə keçirilən tədqiqatın nəticələri barədə məlumat verib. Bildirib ki, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verir və bu, indiki dövrdə və gələcəkdə qərarların qəbulunun elmi sübutlara dayanıqlı olmasını təmin edən əsas amillərdən biridir.
 
Konqres çərçivəsində uğurlu təcrübələr bölüşülüb, səmərəli təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır