Təcrübəli qastroenteroloq Mahir Mayılov - Həkimlərimizi tanıyaq!
23.04.2023 15:06

“Həkimlərimizi tanıyaq!” rubrikamızda yüzlərlə insanı sağlamlığına qovuşduran Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-qastroenteroloqu Mahir Mayılov haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

Mahir Müzəffər oğlu Mayılov 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1983-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun 2-ci Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-1990-cı illərdə Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsində internatura keçib. 1990-1993-cü illərdə həmin şöbədə reanimatoloq işləyib.

 

O, 1993-1994-cü illərdə Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1994-1997-ci illərdə 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin hospitalında Reanimasiya şöbəsinin rəisi vəzifəsini icra edib. 1997-ci ildə hərbidən təxris olunduqdan sonra Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsində fəaliyyətini davam etdirib. 1999-cu ildə Həkimləri Təkminləşdirmə İnstitutunda Şüa diaqnostika ixtisası üzrə kurs keçərək qastroenteroloq-endoskopist ixtisasına yiyələnib. Mahir Mayılov 1999-cu ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qastroenteroloq-endoskopist vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır