Vaxtından əvvəl dünyaya gələn körpə 80 günlük müayinə və müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil verilib
18.04.2023 16:49
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 26-cı həftəsində dünyaya gələn körpə 80 günlük müayinə və müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil verilib.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Bildirilib ki, vaxtından əvvəl 1000 qram çəkidə dünyaya gələn yenidoğulmuş vəziyyəti ilə əlaqədar olaraq təcili şəkildə Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə yerləşdirilib. Həkim-neonatoloq Şəbnəm Qəhrəmanlının nəzarəti altında olan körpə 28 gün süni tənəffüs aparatında, 45 gün nCPAP dəstəyində stasionar müalicə alıb. Dərin yarımçıq doğulma, RDS, bətndaxili infeksiya, bronxopulmonal displaziya diaqnozları ilə Ş.Qəhrəmanlı tərəfindən nəzarətdə saxlanılan uşağa vaxtaşırı ROP müayinə (göz müayinəsi) də icra olunub.
 
80 gün şöbədə aparılan uğurlu müayinə və müalicələrdən sonra uşaq tam sağalma ilə evə yazılıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır