Bakı şəhərində yerləşən Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölmələrinə baxış keçirilib
18.04.2023 14:53
TƏBİB-in Təcili tibbi xidmətlərin təşkili şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) bölmələrinə baxış keçirilib.
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Bakı şəhərində hazırda fəaliyyət göstərən 21 TTTY bölməsi ilə yanaşı, şəhər kənarənda yerləşən Ələt, Qobustan, Lökbatan, Suraxanı, Zirə, Pirallahı və s. qəsəbələrdə bölmələrin ümumilikdə 20 filialı tərəfindən əhaliyə təcili tibbi yardım xidməti göstərilir.
 
Səfərlər zamanı TTTY bölmələrinin rəhbər heyəti, kollektiv üzvləri ilə görüşlər keçirilib, TƏBİB-in strateji istiqamətləri haqda maarifləndirici söhbətlər aparılıb.
Eyni zamanda, TTTY bölmələrinin yerləşdiyi binalara və təcili tibbi yardım avtomobillərinə baxış keçirilib.
 
Qeyd edək ki, TƏBİB-in TTTY bölmələrində müasir təchizatlı “Mercedes”, “Ford”, “Fiat” markalı səyyar və reanomobil, kütləvi xəsarətlər zamanı 6 xəstəni eyni zamanda daşıya bilən, yenidoğulmuş uşaqların təxliyəsi üçün neonatal və yolsuzluq şəraitində hərəkət edə bilən “Offroader” tipli ambulanslar xidmət göstərir.
Həmçinin TƏBİB tərəfindən avtomobillərin yenilənməsi, təchizatın təkmilləşdirilməsi və tibb personalının bilik, bacarıqlarının artırılması istiqamətində intensiv tədbirlər görülməkdədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır