Ümumdünya Hemofiliya Gününə həsr edilən elmi konfrans keçirilib
18.04.2023 11:51
TƏBİB-in təşkilatçılığı və dəstəyi ilə "Yeni Klinika"da Ümumdünya Hemofiliya Gününə həsr edilən "Hemofiliyanın müalicəsinin qlobal standartlara uyğunlaşması” mövzusunda elmi konfrans keçirilib.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Konfransda TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in İxtisaslı tibbi yardımın təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və b. iştirak ediblər.
 
Tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2020-2023-cü illər üzrə Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı və əldə edilən nailiyyətlər haqqında məlumat verib.
 
Daha sonra TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov “Hemofiliyada əzələ-skelet sisteminin müalicəsi” mövzusunda təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
 
Elmi konfransda Azərbaycanın aparıcı mütəxəssisləri hemofiliya və qanın digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicəsinə müasir multidisiplinar yanaşmalar barədə məruzələrlə çıxış ediblər.
 
Qeyd edək ki, konfransa ümumilikdə 280-dən çox iştirakçı qatılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır