Azərbaycanda kişilərin antenatal qayğı və uşaq baxımına cəlb edilməsi üzrə təlimlərə start verilib
18.04.2023 10:40
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və TƏBİB-in təşkilatçılığı ilə Lənkəran Regional Perinatal Mərkəzdə Azərbaycanda kişilərin antenatal qayğı və uşaq baxımına cəlb edilməsi üzrə tibb işçiləri üçün təlimlərə start verilib.
 
Lənkəran Regional Perinatal Mərkəzdən Aztibb.az-a bildirilib ki, 2021-ci ildən başlamış lahiyənin davamlılığını təmin etmək məqsədi ilə işçi qrupu tərəfindən Lənkəran və digər şəhərlərdə 100-dən çox səhiyyə mütəxəssisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulanlara qayğı mövzularında canlı və virtual təlimlərin və əhali üçün maarifləndirici seminarların təşkili planlaşdırılır. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir.
 
Qeyd edək ki, proqram regional səviyyədə altı ölkədə - Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır