Dünya anesteziologiya elmi tarixində ilkə imza atan Mustafa Topçubaşov - DAHİ TƏBİBLƏR
18.04.2023 10:22
Görkəmli cərrah-alim, ictimai xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olub.
M.A.Topçubaşov 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub, 1914-cü ildə gimnaziyanı bitirdikdən sonra isə Kiyevdə Tibb Universitetinə qəbul olunub.
1919-cu ildə tibb təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib, Bakı Universitetinin Tibb fakültəsinin cərrahlıq klinikasında ordinator və assistent kimi çalışıb.
O, 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, bu işin elmi əhəmiyyətinə görə Mustafa bəy Topçubaşova professor adı verilib və alim Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni icra edib.
Mustafa bəy Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilib.
1964-cü ildə M.Topçubaşov tibb elminin inkişafındakı, xüsusilə analgezin inyeksiya üsulunun işlənib hazırlanmasındakı xidmətlərinə görə A.V.Vişnevski adına xatirə medalı ilə təltif olunub. Həmçinin Azərbaycanın Əməkdar elm xadimi, “Stalin” mükafatı Sosialist Əməyi Qəhrəmanı, dörd “Lenin” ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə orden və medallarla, Bolqarıstanın III dərəcəli “Kirill və Mefodiy” ordeni və digər bir çox mükafatlarla təltif olunub.
Alim 1947-1949-cu illərdə Eksperimental Tibb İnstitutuna rəhbərlik edib, 1951-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində işləyib.
O, 200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi toplunun, Azərbaycan dilində 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir.
M.Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparıb. Onun rəhbərliyi altında 35 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.
O, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, "Böyük tibb ensiklopediyası"nın redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru olub.
M.Topçubaşov 1955-59-cu və 1967-71-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub, I-X çağırışlarda Respublika Ali Sovetinə deputat seçilib.
Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa bəy Topçubaşov 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

