ATU Türkiyənin İğdır Universiteti ilə əməkdaşlıq edəcək  
17.04.2023 14:17

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Aztibb.az-a bu barədə ATU-dan məlumat verilib.

 

Bildirilib ki, əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsindən ibarət olan Memorandum iki universitet arasında Tibb bacısı ixtisası üzrə tələbə-müəllim mübadiləsi, birgə layihələrin icrasını, ikili diplom məsələsində əməkdaşlığı və digər önəmli məqamları nəzərdə tutur.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın iştirakı ilə keçirilən görüşdə bu əməkdaşlığın, iki ali məktəbin elmi və təcrübi biliklər mübadiləsi aparması, peşəkar tibb kadrlarının hazırlanması baxımından önəmi qeyd edilib. Rektorlar Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirərək, bu qardaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyiblər. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır