Yardımlıda akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib
17.04.2023 08:59

Yardımlı Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Yardımlı Rayon Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Yardımlı RMX-nın həkim-oftalmoloqu Himayət Mahmudov görkəmli alim Zərifə Əliyevanın həyat və elmi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

 

Qeyd olunub ki, çoxillik elmi-tədqiqat işlərinə görə Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Akademik ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarəsində “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

 

RİHİB-ının müavini Əfsanə Məmmədova çıxış edərək qeyd edib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işləridir: “Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Zərifə Əliyeva bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış, elmin çətin yollarında inamla irəliləyərək, tibb elminin ən uca pillələrinə yüksəlmiş, məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçmişdir.

 

Tədbir digər çıxışlarla davam etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır