Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Tovuzda keçirilib
16.04.2023 20:36

Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən Ümummilli Lider, görkəmli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından məlumat verilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Tədbiri giriş sözü ilə açan Tovuz RMX PHŞ-nın direktoru Paşa Muradov Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında keçdiyi inkişaf yolu, əsasını qoyduğu siyasi kursun ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi barədə ətraflı məlumat verib.

 

O, Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətlərindən söhbət açaraq dahi liderin canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını və bu siyasi gedişlərin nəticəsi özünü bugünkü müstəqil, güclü, dünyanın iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında önəmli rolu olan Azərbaycanın nümunəsində tapdığını qeyd edib.

 

Daha sonra Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonda Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Paşa Muradov və Tovuz rayon YAP sədri Nihat Pənahov tərəfindən işlərində fəallıq göstərən bir qrup tibb işçisinə Fəxri fərmanlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır