TƏBİB satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
15.04.2023 09:46

TƏBİB tabeliyində olan tibb müəssisələrində satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

Mövcud iş yerləri:

• Nizami Tibb Mərkəzi;
• Xəzər Tibb Mərkəzi;
• Suraxanı Tibb Mərkəzi;
• Respublika Perinatal Mərkəz;
• Tibbi Reabilitasiya Mərkəzi;
• Xətai Tibb Mərkəzi;
• Qaradağ Tibb Mərkəzi;
• Sumqayıt Tibb Mərkəzi;
• Laçın Rayon Mərkəzi Xəstəxanası;
• Qax Rayon Mərkəzi Xəstəxanası;
• Qubadlı Rayon Mərkəzi Xəstəxanası;
• Quba Rayon Mərkəzi Xəstəxanası;
• Şuşa Rayon Mərkəzi Xəstəxanası;
• Xızı Rayon Mərkəzi Xəstəxanası;
• Balakən Rayon Mərkəzi Xəstəxanası;
• İmişli Rayon Mərkəzi Xəstəxanası;
• Xocavənd Rayon Mərkəzi Xəstəxanası;
• Zərdab Rayon Mərkəzi Xəstəxanası.

 

İşin təsviri:

• İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi;
• Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
• Elektron satınalmalar portalında (etender.gov.az) və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
• İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
• Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
• Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
• Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
• Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
• Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
• Həyata keçirilən satınalma prosedurları ilə bağlı hesabatların hazırlanması.

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Təhsil: Ali (maliyyə, iqtisadiyyat arzuolunandır);
• İş təcrübəsi: Dövlət satınalmaları sahəsində ən azı 1 il;
• Kompüter bilikləri – Microsoft Office (yaxşı səviyyədə);
• Qanunvericilik üzrə biliklər: Dövlət satınalmaları haqqında AR qanunu.

 

Digər:

• etender.gov.az portalından istifadə;
• Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı;
• Kollektiv ilə işləmək bacarığı.

 

Müraciət qaydası:

• Vakansiya üzrə müraciət iki formada edilə bilər:

1. Qeyd olunan linkə şəxsi məlumatlarınızı daxil edərək müraciət edə bilərsiniz:

https://forms.gle/r8aFtkyLzCjBUumr6  

2. CV, şəxsiyyəti təsdiq edən sənəd və ali təhsil haqqında sənədlərin (diplom) nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində satınalma üzrə mütəxəssis və çalışmaq istədiyiniz müəssisəni (məsələn, satınalma üzrə mütəxəssis - Xızı Rayon Mərkəzi Xəstəxanası) qeyd edərək müraciət edə bilərsiniz.

 

Son müraciət tarixi: 12.05.2023.

 

TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

• Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib