2 nömrəli Bakı Baza Tibb Kollecində akademik Zərifə Əliyevanın 100 illiyi qeyd edilib
14.04.2023 16:47

Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səhiyyə Nazirliyi İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb Kollecin müəllim və tələbə heyəti, akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və digərləri iştirak ediblər.

 

Tədbirdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin zəngin və əhatəli olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

 

Sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Nübar Həşimova və 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır