Kollec tələbələri reproduktiv sağlamlığın qorunmasına dair maarifləndirilib
14.04.2023 09:52
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində sağlamlığın qorunması, ailə planlaşdırılmasında sağlam vərdişlərin formalaşdırılması, selektiv abortun və doğulacaq uşaqlarda cins ayrıseçkiliyinin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a İSİM-dən məlumat verilib.
 
Tədbirdə İSİM-in həkim-metodisti Zümrüd Kazımova təqdimatla çıxış edərək erkən nikahın sağlamlıq üçün fəsadlarından söz açdı, reproduktiv sağlamlığın qorunması, ailə planlaşdırılması barədə ətraflı məlumat verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək ailə planlaşdırılmasının vacibliyini vurğulayaraq, abortun təhlükəli təsirlərini izah edib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır