ATU-da ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq konqresin açılışı olub
13.04.2023 19:59

Aprelin 13-də Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konqresin açılışı olub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumatda bildirilir ki, əvvəlcə konqres iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

 

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konqresdə açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini və tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış siması olan dahi şəxsiyyət, uzaqgörən siyasi liderin 100-cü ildönümünün bütün ölkə üzrə qeyd olunduğunu bildirib.

 

Ulu Öndərin səhiyyə sahəsində başladığı islahatların bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan rektor, son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, geniş islahatların aparıldığını bildirib.

 

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətimizin tarixində misilsiz yeri və rolu var: “Şərəflə yaşadığı ömrünün təxminən 35 ilini Azərbaycana rəhbərlik edən, müstəqil Azərbaycanın qurucusu olan, əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər elmin, təhsilin, iqtisadiyyatın, eləcə də səhiyyənin, tibb elminin dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara həkk olunub”.

 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin yaradılmasının, inkişafının, bugünkü səviyyəyə çatmasının birbaşa memarıdır. O, Heydər Əliyevin 100 illik yubileyinin təkcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda da böyük coşqu ilə qeyd olunduğunu söyləyib.
 
 
Açılış mərasimində, həmçinin Türkiyə İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Türkiyə Pelvik Ağrı və Endometrioz dərnəyinin rəhbəri, professor Erkut Attar və Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndəsi, professor Nematjon Ergashev çıxış ediblər.
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib