Uroloq Rüstəm Şibliyev - "Həkimlərimizi tanıyaq!" rubrikası
14.04.2023 16:54

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına Respublika Kliniki Uroloji Xəstəxanasının Ümumi urologiya şöbəsinin müdiri Rüstəm Şibliyev haqqında məlumatları təqdim edirik.

 

Rüstəm Qudbiddin oğlu Şibliyev 1982-ci ildə Balakən rayonunda anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Tibb Akademiyasında ümumi cərrahiyə üzrə internatura keçib.

 

O, 2006-2008-ci illərdə Sankt-Peterburq şəhərində yerləşən İ.İ.Meçnikov adına Tibb Akademiyasında urologiya üzrə ordinatura, 2008-2011-ci illərdə aspirantura keçib və 2011-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adını alıb.

 

Rüstəm Şibliyev 2012-2022 illərdə Sankt-Peterburq şəhərində Skandinaviya klinikasında həkim-uroloq vəzifəsində işləyib. 2022-ci ilin iyun ayından etibarən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumi urologiya şöbəsinin müdiri və həkim-uroloq kimi fəaliyyət göstərir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır