Yuxu problemi olan insanlarda insult riski daha yüksəkdir
16.04.2023 08:55

Elm adamları yuxu problemi olanların insult keçirmə ehtimalının daha yüksək ola biləcəyini müəyyən ediblər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

"Neurology" tibb jurnalında dərc edilən araşdırmada müxtəlif qiymətləndirmələr vasitəsilə yuxu problemləri və insult riski arasındakı əlaqə diqqət mərkəzində olub.

 

İrlandiyanın Galway Universitetindən bir qrup elm adamı tərəfindən aparılan beynəlxalq araşdırmada insult keçirən 2 min 243, insult keçirməyən 2 min 253 adam araşdırmaya daxil edilib. 

 

Orta yaş həddi 62 olan iştirakçılardan yuxu davranışları, neçə saat yatdıqları, yuxu keyfiyyəti, yuxululuq, xoruldama, burun nəfəsi və yuxu zamanı nəfəs almaları soruşulub.

 

Tədqiqatda çox az və ya çox yatan insanların insult keçirmə ehtimalı orta vaxt ərzində yatan insanlara nisbətən daha yüksək olub.

 

Məlum olub ki, gündə 5 saatdan az yatan insanların insult keçirmə ehtimalı orta hesabla 7 saat yatanlara nisbətən 3 dəfə çoxdur. 9 saatdan çox yatanların insult keçirmə ehtimalı isə 7 saat yatanlara nisbətən iki dəfədən çoxdur.

 

Bir saatdan çox yatanların insult keçirmə ehtimalı, yatmayanlara nisbətən yüzdə 88 faiz daha yüksəkdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır