Ötən ay "Yeni Klinika"da 47 483 ambulator tibbi xidmət göstərilib
13.04.2023 08:40
Ötən ay ərzində “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müraciət edən vətəndaşlara ümumilikdə 47 483 ambulator tibbi xidmət göstərilib.
 
Bu barədə Aztibb.az-a “Yeni klinika”dan məlumat verilib.
 
Bildirilib ki, 2023-cü ilin mart ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edən vətəndaşların sayı 10 407 nəfər təşkil edib.
 
Statistik məlumatlara görə, stasionar tibbi xidmət üçün Yeni Klinikaya müraciət edənlərin sayı 325, əməliyyat olunan pasiyentlərin sayı isə 339 nəfər təşkil edib.
 
Qeyd edək ki, “Yeni klinika”da 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Cənubi Qafqazın ən böyük tibb müəssisəsi hazırda ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinikadan ibarətdir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv